“Turan Tovuz” daha iki transferi reallaşdırmaq üçün çalışır. Qərblilər müdafiənin cinahlarını gücləndirmək üçün seçim edir.

Futbolinfo.az xəbər verir ki, Moldova millisinin üzvü Denis Marandiçinin ağır zədə üzündən uzun müddət oynamayacağı dəqiqləşəndən sonra baş məşqçi Kurban Berdıyev rəhbərlikdən bu mövqeyə transfer istəyib. “Sabah”dan Rəhman Daşdəmirovu bu səbəbdən heyətinə qatmağa çalışan qərblilər bakılıların transfer haqqı tələbi üzündən yubanır. Razılıq olsa, 25 yaşlı futbolçu Tovuza yollanacaq.

Qərblilər legioner transferi üzərində də çalışır. Artıq adı açıqlanmayan portuqaliyalı müdafiəçi ilə razılıq əldə olunub. Əcnəbi futbolçunun keçidi bu günlərdə reallaşmalıdır. Bundan sonra Daşdəmirov variantı arxa plana keçə bilər.

Shares: