59 yaşlı italiyalı mütəxəssis Luka Banki Türkiyənin “Anadolu Efes” basketbol klubunun baş məşqçisi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, müqavilə “1+1” sxemi üzrə imzalanıb. Bu barədə “Anadolu Efes”in sosial şəbəkələrdəki rəsmi səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Banki bu vəzifədə Tomislav Miyatoviçi əvəzləyib.
Xatırladaq ki, bundan əvvəl Banki “Virtus” klubuna rəhbərlik edib və ötən mövsüm komandanı Avroliqanın pley-off mərhələsinə çıxarıb. Bundan əlavə, Banki Latviya millisinin baş məşqçisidir və komanda ilə birlikdə 2023-cü ildə dünya çempionatında beşinci yeri tutub.