Fransız pilot Sebastien Löb Dakar rallisindəki çıxışını başa vurub. Buna səbəb marafonun üçüncü mərhələsində baş verən qəzadır.

Löbün maşını mərhələnin 12-ci kilometrində çevrilib. Qəza nəticəsində avtomobilin təhlükəsizlik çərçivəsi zədələnib. Texniki baxış tərəfindən yoxlanıldıqdan sonra ekipajın marafon yürüşünün dördüncü mərhələsinə qatılması qadağan edilib. Qəzaya qədər Löb ümumi sıralamada 14-cü yerdə idi.

Xatırladaq ki, Sebastien Löb dəfələrlə yarışların qalibi olub. Üçüncü mərhələdə ən yaxşı nəticəni “Toyota Gazoo Racing”dən cənubi afrikalı Saud Variava göstərib. Ümumi təsnifatda Henk Lateqan Nasser Əl-Attiyahı 7 dəqiqə qabaqlamaqla liderliyini qoruyur.

Shares: