İngiltərənin “Bornmut” klubunun və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnı PSJ-yə keçiddən imtina edib. “L’Equipe”in jurnalisti Lui Tanzinin məlumatına görə, buna səbəb paris komandasında rusiyalı Matvey Safonovun olmasıdır.

Mənbənin məlumatına görə, PSJ-nin baş məşqçisi Luis Enrike şəxsən Zabarnını transfer etməyə çalışıb. Lakin ukraynalı rusiyalı ilə eyni komandada oynamaq istəmir.

Əvvəllər Zabarnı Rusiya və Ukrayna arasında siyasi münaqişə fonunda dəfələrlə vətənpərvər bəyanatlar verib.

Xatırladaq ki, mətbuat Zabarnının Madrid “Real”ına keçməsi variantını da yazır. “Transfermarkt” portalı 22 yaşlı futbolçunun bazar dəyərinin 38 milyon avro olduğunu yazır.

Shares: