“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Bild.de nəşrinə Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis həmyerlimizdən narazılığını dilə gətirib.

Klozenin sözlərinə görə, Emreliyə eyni şeyi dəfələrlə izah etməli olurlar: “Mahirlə ünsiyyət qurmaq asan deyil. Etmədiyi bəzi işlərə görə ona iki-üç dəfə başa salmalı oluruq. Buna görə də tez-tez künc zərbələri və ya cərimə zərbələri zamanı harada durmaq barədə göstərişlər alır. Onunla bu barədə daim danışırıq. Stefanos Tzimasla qarşılıqlı əlaqələri yaxşılaşdı. Amma hələ ki, razı deyiləm”.

Qeyd edək ki, Mahir Emreli yayda “Nürnberq”lə 1 illik müqavilə imzalayıb.

Shares: