Futbol üzrə Türkiyə Super Liqasının matçlarında əcnəbi VAR (Video Köməkçi Hakim) hakimləri olacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli federasiyanın İdarə Heyəti qərar qəbul edib.
Qurum bunun müvəqqəti olacağını və gənc referilərin inkişafına daha çox şərait yaradacaqlarını bildirib.
Super Liqada mövsümün ikinci yarısı yanvarın 11-də başlayacaq.