16-cı dünya çempionu, dünya reytinqinin lideri norveçli qrossmeyster Maqnus Karlsenin həyat yoldaşı Ella Viktoriya Karlsen ərinin meneceri olması ilə bağlı şayiələri təsdiqləyib.
Ella şahmatçının qrafikini idarə edir, həmçinin onun müsahibələrini və görüşlərini əlaqələndirir.
Həmçinin o, turnir təşkilatçıları ilə əlaqə qurur:
“Belə bir iş bölgüsü hamımızın xeyrinədir. Mən təkcə oteldə oturub onun oyunlarına baxmıram. Görməli çox işim var və bundan zövq alıram”, – deyə Ella “Sjakksnakk” podkastında deyib.
Maqnus və Ella yanvarın 4-də toy ediblər. Karlsenin həyat yoldaşı Oslodandır. Qızın anası norveçli, atası isə amerikalıdır.