Qazaxıstan millisinin qapıçısı Aleksandr Zarutski ilə maraqlanan klubumuzun adı bəlli olub. Yerli qapıçılarından məmnun olmayan “Neftçi” “çərçivə”ni əcnəbiyə tapşırmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Rza Cəfərov və Emil Balayevin çıxışını qənaətbəxş saymayan baş məşqçi Samir Abbasov yeni qolkiper istəyir. O, təklif olunan qazaxıstanlının transferinin əleyhinə deyil.
Qazaxıstan mətbuatı hələ bir neçə gün öncə 31 yaşlı qolkiperin Premyer Liqamızdan təklif aldığını yazmışdı. “Astana”dan yenicə ayrılan Zarutski hazırda azad agent statusu daşıyır. Həmkarlarımız onun yaxın günlərdə yekun qərarını verəcəyini yazıb. Qapıçının karyerasını öz ölkəsində davam etdirmək şansı daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, Aleksandr Qazaxıstan millisinin formasını yalnız ötən il Azərbaycan yığmasına 2:3 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündə geyib.