Bir neçə gün əvvəl “Zirə”dən ayrılan Abbas İbrahimin yeni klubu müəyyənləşib. Nigeriyalı yarımmüdafiəçi karyerasını Albaniyada davam etdirəcək.
27 yaşlı orta sahə oyunçusu “Elbasani” klubu ilə anlaşıb. Müqavilənin detalları barədə açıqlama verilməyib. Yarımmüdafiəçinin Azərbaycan klubu ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verildiyindən, futbolçu yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Abbas İbrahim 2023-cü ilin fevralından bəri “Zirə”nin formasını geyinib. Yarımmüdafiəçi cari mövsümün ilk yarısında Misli Premyer Liqasında cəmi 4 oyunda meydana çıxıb.