Tennis üzrə ilin ilk “Böyük dəbilqə” turnirinin püşkü atılıb.
Avstraliyadakı yarışda kişilər arasında reytinqin bir nömrəsi Yannik Sinner Nikolas Yarri ilə qarşılaşacaq. Turnirin əsas favoritinin finala doğru yolu bu cürdür: Xarri – Kobolli – Rune – De Minor – Teylor Frits.
Sinner keçən il finalda məğlub etdiyi Medvedevlə yarımfinalda üz-üzə gələ bilər.
Novak Cokoviç və Karlos Alkaras isə digər tərəfdə qərarlaşıblar. Onlardan başqa həmin hissədə Aleksandr Zverev və Qriqor Dimitrovun da olduğunu qeyd etmək mümkündür.