Karlos Kazemironun İngiltərədən ayrılmasına az qalıb. “Mançester Yunayted”də ümidi doğrultmayan braziliyalı futbolçu Səudiyyə Ərəbistanına gedə bilər.

Futbolinfo.az xəbər verir ki, “Əl Nəsr” yarımmüdafiəçiyə vaz keçə bilməyəcəyi təklif göndərib. Kazemiro təklifi qəbul etsə, il ərzində 37,6 milyon avro qazanacaq. Anlaşmanın 2 və ya 3 ilik olması nəzərdə tutulur.

Karlos Avropada qalmaq istəyir. Lakin mançesterlilərin baş məşqçisi Ruben Amorim onun xidmətində maraqlı deyil, digər qitə klublarından isə sərfəli təklif yoxdur. Kazemironu “Real”dan dost olduğu Kriştianu Ronaldo ilə birgə oynamaq perspektivi də cəlb edir.

2022-ci ildə “Real”dan 71 milyon avroya transfer edilən 32 yaşlı braziliyalının İngiltərə klubu ilə anlaşması gələn yay başa çatacaq. “Əl Nəsr” futbolçunu razı sala bilsə, 10-15 milyon avro ödəməklə ingilislərlə transferi tamamlaya bilər. Keçidlə bağlı qərar bu ay ərzində verilməlidir.

Shares: