“Fənərbaxça”nın prezidenti Ali Koç baş məşqçi Joze Mourinyonun gələcəyi ilə bağlı danışıb.
O, mütəxəssisin istənilən halda İstanbul təmsilçisində qalacağını deyib: “Titul qazansaq da, qazanmasaq da, Mourinyo öz vəzifəsini yerinə yetirməlidir. Onunla yolumuza davam edəcəyik. Bu sabitlik məsələsi çox vacibdir. Çünki biz komandaya keyfiyyətli mütəxəssisi gətirmişik”.
Daha əvvəl Mourinyo xarici mətbuata açıqlamalarında Türkiyə Superliqası, yerli hakimlərin işi, “Qalatasaray” haqqında xoşagəlməz sözlər səsləndirmişdi. Eyni zamanda “Everton” da portuqaliyalını baş məşqçi postuna gətirmək istəyir. Bütün bunlar İstanbul təmsilçisinin baş məşqçini dəyişə biləcəyi haqda söhbətlərə səbəb olub.
Mütəxəssis ötən ilin yayından “Fənərbaxça”nın baş məşqçisidir. Komanda hazırda Türkiyə çempionatının turnir cədvəlində 39 xalla 2-ci pillədə qərarlaşır. İstanbul klubu lider “Qalatasaray”dan 8 xal geri qalır.