“Mançester Siti” daha bir istedadlı gəncin transferinə çalışır. İngiltərə klubunun nümayəndələri Vitor Reisin keçidini tamamlamaq üçün Braziliyaya gedib.
Futbolinfo.az xəbər verir ki, 18 yaşlı stopper “Brayton”un və daha bir neçə klubun təklifini rədd edib. Amma “şəhərlilər”in dəvəti onun üçün cəlbedicidir. “Mançester Siti” keçidi tamamlamaq üçün 40 milyon avronu gözdən çıxarıb.
“Palmeyras” yetirməsini satmağın əleyhinə deyil. 2028-ci ilin son gününədək müqaviləsi olan müdafiəçi özü də Avropaya can atır.