I Liqada mübarizə aparan “İmişli”nin futbolçusu Elnur Cəfərov komandadan ayrılması barədə xəbərləri təkzib edib. Bu barədə o, özü futbolinfo.az-a açıqlamasında məlumat verib.
Yarımmüdafiəçi bildirib ki, bölgə klubu ilə müqaviləsi var və komanda ilə məşqlərə qatılacaq: “İmişli”dən ayrılacağım yalan söhbətdir. Belə bir şey olsaydı, məşqçilər heyəti və ya rəhbərlik mənə məlumat verərdi. Bu barədə qəti heç bir söhbətimiz olmayıb. Müqaviləm var və davam edirəm. Heç bir məlumatım yoxdur. Bu gün yığışacağıq və məşqlərə başlayacağıq”.
Qeyd edək ki, Elnur Cəfərov ötən il yanvarından “İmişli”də çıxış edir.