Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən “Sabah”ın futbolçusu Şakir Seyidov yenidən Gəncə təmsilçisinə qayıda bilər. Futbolinfo.az xəbər verir ki, o, bu dəfə bölgə klubuna icarə əsasında yox, birdəfəlik transfer olunacaq.
Azər Bağırovun rəhbərlik etdiyi komanda onunla müqavilə imzalayacaq.
Lakin saytımıza açıqlamasında Seyidov bundan xəbərsiz olduğunu bildirib: “Mənim xəbərim yoxdur. Bu barədə yazılanları da görməmişəm”.
Seyidov xəbərsiz olduğunu desə də, “Kəpəz” onun keçidi üçün “Sabah”a müraciət edib. Bakılıların nə qərar verəcəyi tezliklə bəlli olacaq.