Çexiya millisinin və “Yuventus”un sabiq futbolçusu Pavel Nedvedin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı “Əl-Şəbab”ında çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis “Əl-Şəbab”ın idman direktoru vəzifəsinə təyin edilib.
Nedved 2009-cu ildə futbolçu karyerasını başa vurduqdan sonra “Yuventus”da işləyib. O, əvvəlcə idarə heyətinin üzvü, 2015-ci ildə isə vitse-prezident olub. Pavel Nedved klub rəhbərliyinin qayda pozuntuları etməsi ilə bağlı araşdırmalara görə 2023-cü ilin yanvarında 8 aylıq futboldan uzaqlaşdırılıb.
“Əl-Şəbab”ın baş məşqçisi məşhur türk mütəxəssis Fatih Terimdir. Hazırda komanda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 23 xalla 6-cı yerdədir.