Mövsümün ikinci yarısına hazırlaşan “Qarabağ” və “Kəpəz” kollektivləri yoxlama oyununda qarşılaşıblar.
Futbolinfo.az xəbər verir ki, “Azərsun Arena”nın köməkçi meydanında baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahiblərinin heyətində Aleksey Kaşuk (5, 14, 35), Emmanuel Addai (38) və Davud Məsumov (64) fərqlənib.
Gəncəlilərdən isə Ehtiram Şahverdiyev (67) adını tabloya yazdırıb.
Ağdam təmsilçisi yanvarın 12-də ikinci yoxlama matçında “Zirə” ilə qarşılaşacaq.