Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E.Səmədli futzal üzrə Avropa çempionatının əsas mərhələsinin İtaliya – Belarus oyununun hakim-inspektoru olacaq.

II qrupun birinci turu çərçivəsində keçiriləcək qarşılaşma yanvarın 30-da Kataniyada baş tutacaq.

Shares: