“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev bu gün keçirilən “Sumqayıt”la yoxlama oyunu barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
“Bizim üçün faydalı oyun oldu. Çalışdıq hər kəs eyni yüklənməni qəbul etsin. Ona görə də düşərgəmizdə olan futbolçuların hamısına şans verdik”.