Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolinfo.az xəbər verir ki, onun komandası “Eqnatiya” 20-ci turda “Laçi”ni qəbul edib.

Görüş “Eqnatiya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23 yaşlı müdafiəçi bu oyunun 90-cı dəqiqəsində meydana buraxılıb.

“Eqnatiya” bu qələbə sayəsində xalını 33-ə çatdırmaqla 4-cü pillədə qərarlaşıb və lider “Dinamo”dan 1 xal geri qalır.

Shares: