“İnter Mayami”nin hücumçusu Lionel Messi klubla müqaviləni uzadıb. Argentinalı oyunçunun sözləşməsi 2026-cı ilin sonuna qədər artırılıb.
Yeni müqavilədə bənd var ki, 2025-ci ilin sonu ilə 2026-cı ilin əvvəlində MLS-də oyun olmayacağı halda, Messi Avropa klublarından birinə icarəyə verilə bilər. Messi Argentina yığması ilə DÇ-2026-da oynamaq istəyir və bu səbəbdən formasını qorumaq niyyətindədir.