Basketbol üzrə Avroliqa turnirində 20-ci tura yekun vurulub. Yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununda “Anadolu Efes” ASVEL-i qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 82:76.

“Yunanıstanda “Olimpiakos” “Bayern”i darmadağın edibsə (112:69), tədricən özünə gələn “Real” səfərdə “Jalgiris”ə 83:64 hesabı ilə qalib gəlib.

Çempionatın liderlərindən biri “Paris” növbəti məğlubiyyəti ilə üzləşib. Fransızlar Belqradda “Srvena Zvezda” ilə bacarmayıblar – 69:85. Turun son qarşılaşmasında isə “Virtus” Bolonyada “Baskoniya”nı çətinliklə (76:74) məğlub edib.

Turnir cədvəlinə 14 qələbə ilə “Olimpiakos” başçılıq edir. “Panatinaikos” və “Monako” bir qələbə az qazanıb.

Shares: