Məşhur “Opta” statistik platformasının superkompüteri kişilər və qadınlar arasında tenns üzrə fərdi yarışlarda dünya reytinqinə başçılıq edən italiyalı Yannik Sinner və belaruslu Arina Sabalenkanın “Austrtalian Open”də şanslarını proqnozlaşdırıb . 2025-ci il mövsümünün ilk “Böyük Dəbilqə” turnirinə bazar günü start veriləcək.
Superkompüterin təhlilinə görə, Yannik Sinner kişilər arasında AO-2025 turnirində 22,99% ehtimalla qalib gələcək. İtalyanın finala çıxmaq şansı 30,89%, yarımfinala 39,34%, ən azı 1/4 finala çıxmaq şansı isə 49,23% qiymətləndirilir.
Arina Sabalenkanın çempionluq şansı 12,17%-ə bərabərdir. Onun finala çıxmaq ehtimalı 17,98%, yarımfinala 26,38% və 1/4 finala yüksəlmək şansı isə 35,93% təşkil edir.