Qael Monfis son 47 il ərzində ATP titulu qazanan ən yaşlı tennisçi olub. 38 yaşlı fransalı idmançı 1977-ci ildə 42 yaşında çempion olan Ken Rouzvoldan sonra bu göstəricidə ikincidir.
Yeni Zelandiyanın Oklend şəhərində keçirilən ATP250 turnirinin finalında Monfis belçikalı Zizu Berqsə qalib gəlib – 6:3, 6:4.
Bu titul onun üçün karyerasında 13-cü olub. Sonuncu dəfə Qael 2023-cü ildə İsveçdə titul qazanmışdı.