Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha bir görüş keçirilib.
Futbolinfo.az xəbər verir ki, A qrupunda “Sərhədçi” NTD ilə qarşılaşıb.
“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 78:64.
Bu gün 10-cu turda daha iki matç oynanılacaq. “Lənkəran” evdə “Şəki”ni qəbul edəcək. “Ordu” isə “Quba” ilə üz-üzə gələcək. Turun daha əvvəl keçirilən görüşlərində “Abşeron” “Neftçi”yə 76:84 hesabı ilə məğlub olub, “Naxçıvan” isə “Sabah” üzərində qələbə qazanıb – 80:75