Azərbaycanın 3 atıcısı – Nigar Nəsirova, Ruslan Lunyov və Vladislav Kalmıkov Sloveniyanın Ruş şəhərində keçirilən güllə atıcılığı üzrə qran-prinin finalına yüksəlib.

Futbolinfo.az Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilin ilk beynəlxalq turnirində Nəsirova qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atışda 570 xal toplayıb.

Kişilər arasında keçirilən yarışda isə V.Kalmıkov 580, R.Lunyov isə 576 xalla final mərhələsində iştirak etmək hüququ əldə ediblər.

Qran-pri yanvarın 12-nə qədər davam edəcək.

Shares: