İngiltərə Kubokunun dünən keçirilən 1/32 final matçında 3-cü divizion təmsilçisi “Salford Siti”ni 8:0 hesabı ilə yenən “Mançester Siti” 1933-cü ilin yanvarından bəri ilk dəfə bu turnirdə bir oyuna 8 qol vurub.
“Şəhərlilər” son dəfə 92 il öncə “Qeytshed”i 9:0 hesabı ilə üstələmişdilər.
“Mançester Siti” tarixi ərzində 7 dəfə İngiltərə Kubokunu qazanıb. Xosep Qvardiolanın çalışdırdığı komanda ötən il bu turnirin finalında əzəli rəqibi “Mançester Yunayted”ə uduzub – 1:2.