II Liqada çıxış edən “Hypers Guba” klubunda ciddi maliyyə problemləri yaşanıb. Hətta son üç ayda futbolçuların maaşları ödənilməyib.
Bu barədə futbolinfo.az saytına adının açıqlanmasını istəməyən futbolçulardan biri danışıb. O, klubun prezidenti Ayaz Abdullayevin futbolçuların maaş tələblərinə qarşı sərt mövqe nümayiş etdirib. Prezidentin “Vermirik, gedib hara istəyirsinizsə, şikayət edin” sözləri vəziyyəti daha da gərginləşdirib.
Futbolçular bu məsələ ilə bağlı rəsmi qurumlara şikayət etməyə hazırlaşırlar. Məlumata görə, bu ilk hal deyil. Oxşar maaş problemləri əvvəllər də yaşanıb. Hətta keçmiş baş məşqçi Vüqar Nadirov futbolçuların şikayətlərini rəhbərliyə çatdırmağa çalışsa da, dəyişən bir şey olmayıb. Problemin həll olunmadığını görən Nadirov isə komandadan ayrılmaq qərarına gəlib.
Hazırkı vəziyyət isə futbolçuların səbr kasasını daşırıb. Buna görə də artıq bu problemi ictimailəşdirmək və rəsmi addımlar atmaq qərarına gəliblər.
GÜNAY SÜLEYMANOVA
P.S.: Məsələ ilə bağlı klubun rəsmi mövqeyini işıqlandırmağa hazırıq.