“Qarabağ” yoxlama oyununda “Zirə” ilə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma “köhlən atlar”ın qələbəsi ilə yekunlaşıb – 4:2.

Ağdam təmsilçisinin heyətində Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica fərqləniblər. Bakı klubunda isə Ruan Renato və Martins Junior rəqib qapısına yol tapıblar.

“Qarabağ” ilk yoxlama görüşündə “Kəpəz”i 5:1, “Zirə” isə “Şamaxı”nı 3:1 hesabı ilə üstələmişdi.

Shares: