Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün iki yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Emrelinin komandası hər iki görüşdə “İnqolştadt”la qarşılaşıb.

Nürnberqlilər ilk oyunda 2:1, digər görüşdə isə 3:0 hesabı ilə qalib gəliblər. Emreli ikinci matçda penalti zərbəsindən fərqlənib.

Shares: