“Qarabağ”ın transfer gündəminə düşən daha bir futbolçu bəlli olub.
Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu bu ölkədə çıxış edən Yanis Stoykanı heyətinə qatmağı planlaşdırır.
“Hermannstadt” klubunun formasını geyinən 22 yaşlı vinger uğrunda iki klubun mübarizə apardığı bildirilib. Bunlardan biri “Qarabağ”, digəri isə Kiyev “Dinamo”sudur. Rumıniyanın gənclər millisinin üzvü hücumun hər iki cinahı ilə yanaşı, mərkəzində də oynamağı bacarır. Rumıniya klubu həm “Qarabağ”, həm də “Dinamo”dan təklif alsa da, danışıqlar ilkin mərhələdədir.
Qeyd edək ki, Yanis Stoykanın “Hermannstadt”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. O, ötən yay “Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi FCSB klubundan ayrılaraq azad agent kimi indiki komandasına keçib.