“Hypers Guba”da son üç ayda maaşlar ödənilmədiyi üçün futbolçular məsələni ictimailəşdirmək və rəsmi qurumlara şikayət etmək qərarına gəliblər. Onlar bildirirlər ki, bu problem uzun müddətdir davam edir və artıq səbrləri tükənib.

Bu haqda futbolinfo.az saytında dünən xəbər yaymışdıq. Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrəndik.

Klub prezidenti Ayaz Abdullayev iddiaları rədd etdi: “Komanda II Liqada mübarizə aparmağa başlayandan bəri hər kəs əməkhaqqını alıb. Bunu danışıqlara və razılaşmalara əsaslanaraq deyirəm. Bir-iki nəfər var ki, aranı qızışdırmaq istəyir. Əgər kimlərsə əlavə nələrsə tələb edirsə, bu, mümkün olmayacaq. Bizə qarşı haqsızlıq edərək mediaya yanlış informasiya ötürürlər. Buna görə də hüquq-mühafizə orqanlarına şikayət edəcəyik, çünki müqavilənin şərtləri pozulur və klubun imicinə zərər dəyir. Mən klubumun adına belə bir ləkənin gəlməsini heç vaxt qəbul etməyəcəyəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: