“Qarabağ”ın hücumçusu Juninyo Olavionun “Flamenqo”ya transferi an məsələsidir.
Futbolinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvardın yeni komandasına qoşulması bir az gecikəcək. Buna səbəb hazırda keçidlə bağlı sənədləşmə işlərinin aparılmasıdır.
“Flamenqo” hazırda mövsümöncəsi təlim-məşq toplanışı üçün ABŞ-dadır. Juninyo isə kollektivə qoşulmaq üçün həmin ölkəyə viza almalıdır. Bu üzdən forvard komandanın ilk yoxlama görüşlərini buraxmalı olacaq.
Juninyonun “Flamenqo”ya transferinin “Qarabağ”a 5 milyon avro qazandırması gözlənilir.