“Gəncə”nin baş məşqçisi Halil Atlı “Sumqayıt” ilə oyundan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 98:79 hesablı qələbəyə sevindikləri oyundan sonra bunları söyləyib:
“Hər şeydən əvvəl rəqibi göstərdiyi oyuna görə təbrik edirəm. Heyətlərində gedən və gələn oyunçular var. Bizimlə görüşə də tam heyətlə gələ bilməmişdilər. Özümüzə gəlincə, rotasiya ilə oynadıq. Basketbolçulara oynamaq üçün şans verdik. Görüşə nəzarəti əlimizdə saxladıq. Qarşımızda “Şəki” ilə matç var. Qələbə qazanmağa davam etmək istəyirik. Komandamı da təbrik edirəm. Ayrıca olaraq bu gün zala gələn azarkeşlərimizə də təşəkkürü bildirirəm. Onların dəstəyi bizə güc verir. Fanatlarımız üçün mübarizə aparırıq. Bu dəstəyin artaraq davam etməsini istəyirik”.