Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan FCSB Antalyada (Türkiyə) qış təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. Ruməniya klubu Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Oyun Ukrayna təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1. Buxarestlilərin qolunu David Miçulesku (73) vurub, “Dinamo”da isə Vitali Buyalskiy (20 və 27) dubl edib.

Xatırladaq ki, yanvarın 23-də  Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək “Qarabağ” – FCSB oyunu saat 21:45-də başlayacaq.

Shares: