Futzal üzrə Azərbaycan millisinin fevralın 4-də Yunanıstan yığması ilə Bakıda keçirəcəyi AVRO-2026-nın əsas mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, 5-ci qrupun 3-cü turu çərçivəsində Bakı İdman Sarayında təşkil olunacaq görüşü Norveç və Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

AVRO-2026-nın əsas mərhələsi

5-ci qrup, 3-cü tur

4 fevral

20:00. Azərbaycan – Yunanıstan

Hakimlər: Telmen Undrakh, Dag Erik Tangvik (hər ikisi Norveç), Jacob Pawlowski (Almaniya)

Hakim-inspektor: Sreten Vasić (Serbiya)

UEFA nümayəndəsi: Vladimir Colbasiuc (Moldova)

Bakı İdman Sarayı

Shares: