Fransanın “Olimpik” (Marsel) komandasının yarımmüdafiəçisi Meyson Qrinvud Liqa 1-də dekabrın ən yaxşı oyunçusu adına layiq görülüb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi səsvermədə “Lill”in hücumçusu Conatan Devid və Lion “Olimpik”indən Rayan Şerkini qabaqlayıb.

İngiltərəli futbolçu dekabrda Liqa 1-də üç oyunda iki qol vurub.

Qrinvud bu mövsüm Fransa çempionatında meydana çıxdığı 17 matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: