Danimarka millisinin və İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Simon Kyaer karyerasını başa vurub.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə “TV 2 Sport”a müsahibəsində bildirib.

O, AÇ-2024-dən bir il əvvəl bu barədə düşündüyünü bildirib:

“Karyeramı “Milan”da bitirmək istəyirdim, bu, ən yaxşı seçim idi”.

Son olaraq 2024-cü ilin əvvəlində “Milan”ın formasını geyinən Simon Kyaer İspaniyada “Sevilya”, Türkiyədə “Fənərbaxça”nın uğurları üçün də çalışıb.

Shares: