“Mövsümün ilk yarısını yaxşı keçirdik. Fasiləyə 7-ci pillədə yollandıq, lakin daha yaxşı nəticə əldə edə bilərdik. İlk yarıda bir sıra ani diqqətsizliklər səbəbindən qollar buraxdıq. Bu, bizə xal itkisinə başa gəldi. İndi həmin səhvlərdən dərs çıxarmaq və bu nöqsanları aradan qaldırmaq üçün ciddi şəkildə çalışırıq”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın gənc müdafiəçisi Rüfət Abbasov bildirib.

19 yaşlı futbolçu komandanın hazırlıqları barədə də danışıb: “Hazırlıqlarımız planlı şəkildə davam edir və hər şey qaydasındadır. “Sabah”la maraqlı bir yoldaşlıq oyunu keçirdik. Düzdür, 0:2 hesabı ilə məğlub olduq. Lakin bu oyun bizim üçün çempionata daha yaxşı hazırlaşmaq baxımından vacib idi. Amma əsas hədəfimiz ayın 17-də “Qarabağ”la keçirəcəyimiz ağır çempionat oyunudur. Qarşıdakı matçın nə qədər çətin olacağını anlayırıq, çünki rəqibimiz çox güclüdür. Buna baxmayaraq, tempi qoruyaraq meydanda maksimum nəticə üçün mübarizə aparacağıq. İnşallah, bu səylərimizin qarşılığında xal qazanmaq şansımız olacaq”.

Rüfət həmçinin komanda daxilində ruh yüksəkliyinin olduğunu və kollektivin əsas hədəfinin çempionatda mümkün qədər yaxşı nəticələr əldə etmək olduğunu vurğulayıb.

GÜNAY SÜLEYMANOVA

Shares: