“İmişli”nin yarımmüdafiəçisi Elnur Cəfərov klubdan ayrılıb. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib.

O bildirib ki, bu gün I Liqa təmsilçisi ilə müqaviləsini pozub.

Ötən ilin yanvarından “İmişli”də çıxış edən Elnurun komandadan ayrılması barədə daha öncə də xəbər yayılmışdı. Amma o, bir neçə gün öncə deyilənləri təkzib etmişdi. İndi isə Cəfərov özü vidasını etiraf edib.

Shares: