Dünən İspaniya Superkubokunun finalında ağır məğlubiyyət alan “Real”ın yarımmüdafiəçisi Luka Modriç jurnalistlər qarşısına çıxan yeganə futbolçu olub. Xorvat ulduz “Barselona”ya 2:5 hesablı yenilginin səbəblərindən danışıb.

Futbolinfo.az xəbər verir ki, Luka əzəli rəqibə növbəti məğlubiyyətdən məyus olub: “Əsas rəqibdən son 2 oyunda ümumilikdə 9 top buraxmaq xoş deyil. Amma vəziyyətə reaksiya verəcəyik. Bundan əminəm. Matçın belə hesabla bitəcəyini düşünmürdük. Həm azarkeşlər məyus oldu, həm də özümüz. İndi birşəlib daha yaxşı hazırlaşmalıyıq. Bu mövsümün uğurlu bitməsi üçün zamanımız olacaq və özümüzü xoşbəxt hiss etmək üçün səbəblərimiz sıralanacaq”.

Modriç məğlubiyyətlə bəzən barışmaq lazım olduğunu bildirib: “Futbolda qələbə də var, yenilgi də. Bu dəfə uduzduq. Məğlubiyyət həmişə pisdir, amma finallardan birində məğlub olacağıqsa, qoy bu elə Superkubokda olsun. “Barselona”nı təbrik edirəm, bu gün daha yaxşı idilər”.

Shares: