“Qarabağ”ın sabiq oyunçusu Uroş Matiç gözlənilmədən futbolçu karyerasını başa vurub və məşqçiliyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, ölkəsi Serbiyada “Yedinstvo UB” komandasının baş məşqçisi təyin edilib. Bu klub hazırda yüksək liqada yarışır və 16 komanda arasında sonuncu pilləni tutur. 34 yaşlı Matiçlə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Matiç son olaraq futbolçu kimi elə “Yedinstvo UB”də oynayıb.
O, 2020-21-ci illər mövsümündə “Qarabağ”da çıxış edib.