“Şahdağ” Turizm Mərkəzində təşkil edilən xizək alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə fərdi növdə mübarizə aparan iştirakçılar medallar və diplomlarla təltif olunublar.

Qadınlar

  1. Qaçet Mollaret Axel (Fransa)
  2. Harrop Emily (Fransa)
  3. Hiemer Yohanna (Avstriya)

Kişilər

  1. Remi Bonnet (İsveçrə)
  2. Equy Samuel (Fransa)
  3. Anselmet Thibault (Fransa)

Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş Katibi Cordi Canals Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) prezidenti Fuad Nağıyevə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, AQİNF-nin və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edib.

Xizək Alpinizmi üzrə Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.

Shares: