Türkiyənin “Hatayspor” klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə transfer qadağası ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Ajansspor” nəşri məlumat yayıb.

Super Liqa klubunun Renat Dadaşov dosyesinə görə iki mövsüm yeni oyunçu ala bilməyəcəyi vurğulanıb.

Klub İdman Arbitraj Məhkəməsinə müraciət etsə, veriləcək qərardan asılı olaraq transferlərə yol açılacaq.

Hazırda “Ankaragücü”də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun formasını geyinib.

Shares: