Kilian Lebonun “Neftçi”dən ayrılması an məsələsidir. 2 il öncə Bakı klubuna gələn Sent-Martin millisinin üzvü yaxın bir sutka ərzində azad agentə çevriləcək.

Futbolinfo.az xəbər verir ki, hazırda klubla cinah hücumçusu arasında danışıqlar son mərhələdədir. Xırda detallar həll olunduqdan sonra yayda bitməli olan anlaşmaya qarşılıqlı xitam veriləcək.

Lebonun gedişindən həmən sonra “Neftçi”, ilk transferini açıqlayacaq. “Ağ-qaralar” bir müddətdir düşərgəsində yer verdiyi yaponiyalı Ryonosuke Ohori ilə müqavilənin şərtlərini razılaşdırıb. 24 yaşlı müdafiəçi ilə 5 ay + 2 il müddətinə anlaşma imzalanacaq. Yaponiya U17 millisində də çıxış etmiş Ohorinin son klubu Litva “TransİNVEST”i olub.

Ohori “Neftçi”nin ilk yaponu olmayacaq. Keysuke Honda da vaxtilə ölkəmizdə çıxış edib və bakılılar məhz onun çıxış etdiyi dövrdə son çempionluğunu qazanıb.

Bakılılar komandanın gücləndirilməsi üçün fəaliyyətini bundan sonra da davam etdirəcək. Paytaxt təmsilçisi hücumçu, dayaq yarımmüdafiəçisi, vinger və mərkəz müdafiəçisi axtarışındadır.

kbHbosAXFqvhPZpZ9GwAIPcYKsICdT 268jNkneMndvVysw7oPk5ywsp3eF6F2jurjuZ07GLM9r3ps wBOSTbA - Futbolinfo.az
Shares: