“Qarabağ” hücumçusu Olavio Juninyonun Braziliyaya yollandığını təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı forvardın “Flamenqo”ya transferi ilə bağlı rəsmi danışıqlar davam edir. Şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün Juninyo Rio de Janeyroya yollanıb.
Onun yeni komandası ilə 3 illik müqavilə imzalaması gözlənilir.