Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Mert Hakan Yandaşın əli sınıb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin əli məşq zamanı qırılıb.

Hadisədən sonra oyunçu məşqi xüsusi sarğı ilə davam etdirib.

Yandaş cari mövsüm “Fənərbaxça”nın heyətində meydana çıxdığı 15 matçda 3 qolun ötürməsini verib.

Shares: