Goranboy rayonunda “Üzməyi öyrənək” layihəsinin V mərhələsində iştirak edən üzgüçülər arasında turnir keçirilib. Yarışa Goranboy şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərin I-V sinif şagirdləri cəlb olunub.
Ümumilikdə 36 üzgüçü qalib adı uğrunda mübarizəyə qoşulub. Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.
Oğlan və qızlar arasında təşkil olunan yarışda müxtəlif yaş kateqoriyası üzrə I, II, III yerləri tutan idmançılar diplomlarla mükafatlandırılıblar.