Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın İtaliyanın “Napoli” klubundan Fransa çempionu PSJ-yə transfer məbləği açıqlanıb. Bu barədə italiyalı jurnalistlər məlumat verib.
Onun transfer qiyməti 75 milyon avro təşkil edəcək.
Məlumata görə, Kvaratsxeliya ilə müqavilənin müddəti 2029-cu ilə qədər davam edəcək. Razılığın bir mövsüm uzadılması mümkündür. Futbolçunun Paris klubunda maaşı 9 milyon avro olacaq və o, 2 milyon avro bonus qazanacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2022-ci ildən “Napoli”də çıxış edir və komandanın tərkibində 2023-cü ildə İtaliya çempionu olub. Bu mövsüm gürcü futbolçu klubda 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Kvaratsxeliya Gürcüstan millisinin heyətində 40 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə müəllifidir.