“Milan” heyətini gürcü futbolçu ilə gücləndirmək istəyir. “Rossonyerlər” Saba Qoqliçidze ilə maraqlanır.
Futbolinfo.az xəbər verir ki, “Yuventus”un da istədiyi mərkəz müdafiəçisi həmyerlisi Kaxa Kaladzenin məşhurlaşdığı kluba daha yaxındır. “Milan” 20 yaşlı oyunçunun keçidi üçün “Empoli” ilə danışıqlara başlayıb.
Kutaisi “Torpedo”sunun yetirməsi ötən qış 450 min avro müqabilində İtaliya tmsilçisinə keçib. İndi isə onun dəyəri 8-10 milyon avrodur.